“Ukrayna münaqişəsinin həlli ilə bağlı 20 maddəlik sənəd hazırda təxminən 90 fazi tamamlanıb. Yalnız iki əsas məsələ razılaşdırılmayıb”.
525.az xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna prezidenti Volodimir Zelenski deyib.
"İki məsələ qalıb. Zaporojye Atom Elektrik Stansiyası və onun fəaliyyəti. Bir də ərazilər məsələsi. Bunlar 20 maddəlik sənəddə qalan iki məsələdir", - Zelenski bildirib.
O qeyd edib ki, sənədin tam şəkildə yekunlaşdırıla bilməməsinin səbəbi bu məqam üzrə razılığın olmamasıdır. Eyni zamanda, prezident təhlükəsizlik zəmanətləri məsələsinin artıq tam razılaşdırıldığını vurğulayıb.
"Təhlükəsizlik zəmanətlərinə gəldikdə isə, hər şey 100 fazi hazırdır. Biz yalnız zəmanətlərin müddəti ilə bağlı bir neçə detalı müzakirə edirik", - Zelenski əlavə edib.
Pərvanə Sultanova
çap et