525.Az

Finlandiyada güclü çovğun -  160 min ev işıqsız qaldı


 

Finlandiyada güclü çovğun - <b style="color:red"> 160 min ev işıqsız qaldı</b>

Finlandiyada tüğyan edən "Hannes" çovğunu üzündən 160 mindən çox evin elektrik enerjisiz qalıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bəzi yerlərdə küləyin sürəti saniyədə 25 metr təşkil edib.

Çovğun həmçinin, ciddi təyyarə qəzasına da səbəb olub. Belə ki, külək Laplandiya əyalətinin Kittil bölgəsində sərnişinlərlə dolu 2 təyyarəni tərpədərək zolaqdan çıxarıb və qar topasına çırpıb. Təyyarələr ciddi zədələnsə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, "Hannes"in ziyan vurduğu ərazilərdə xilasetmə xidməti əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

L.Tağıyeva

 





29.12.2025    çap et  çap et