525.Az

Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb


 

Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb<b style="color:red"></b>

Respublika Gənclər Kitabxanasında görkəmli bəstəkar, professor, Xalq artisti Tofiq Bakıxanovun 95 illiyi münasibətilə elektron baza hazırlanıb.

525.az-a Kitabxanadan bildirilib ki, elektron bazada bəstəkarın həyat və fəaliyyəti haqqında məlumat, bir sıra görkəmli şəxslərin onun haqqında söylədiyi dəyərli fikirlər, rəsmi sənədlərin tam mətni yer alıb.

Həmçinin görkəmli bəstəkarın layiq görüldüyü orden, mükafat və fəxri adlarla yanaşı, müəllifi olduğu əsərlərin Azərbaycan və rus dilində siyahısı da təqdim edilib. Bazada “Tofiq Bakıxanovun həyat amalı” və “Xan nəslinin sənətkar səsi: Tofiq Bakıxanov-95” kimi məqalələrin tam mətni ilə yanaşı, müəllifi olduğu, redaktə və tərtib etdiyi, “Ön söz” yazdığı və onun haqqında qələmə alınan kitab və məqalələrin siyahısı da nümayiş olunub.

Kitabxana əməkdaşlarının hazırladığı elektron bazada “İzomateriallar”, “Filmoqrafiya”, “Foto və video qalereya” kimi bölmələr də sərgilənib.

Elektron baza ilə kitabxananın rəsmi saytında tanış olmaq mümkündür.

 





29.12.2025    çap et  çap et