525.Az

Hindistanda sərnişin qatarında yanğın olub


 

Hindistanda sərnişin qatarında yanğın olub<b style="color:red"></b>

Hindistanın Andhra Pradeş əyalətində sərnişin qatarında yanğın baş verib.

525.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, Tata Nagardan Ernakulam istiqamətində hərəkət edən eksress sərnişin qatarı yerli vaxtla saat 01:30 radələrində alovlanıb.

Yanğın B1 və M2 kondisionerli vaqonlarda başlayıb. Qatar dərhal dayandırılıb. Yanğınsöndürənlər gələnə qədər sərnişinlərin əksəriyyəti təxliyə edilib. İki vaqonda sərnişinləri əşyaları tamamilə yanıb. Vaqonda qalmış 70 yaşlı kişi həlak olub.

İlkin məlumata görə, yanğın həddindən artıq qızmış əyləclərdən qaynaqlanan qığılcımlar səbəbindən baş verib.

İbrahim Cəfərov

 





30.12.2025    çap et  çap et