525.Az

İstedadlı və Yaradıcı Gənclərin II Respublika Toplantısında kino, teatr, ədəbiyyat məsələləri müzakirə edilib


 

İstedadlı və Yaradıcı Gənclərin II Respublika Toplantısında kino, teatr, ədəbiyyat məsələləri müzakirə edilib<b style="color:red"></b>

Ötən gün Gənclər İdman Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Turizm, Təhsil nazirliklərinin Milli Elmlər Akademiyasının dəstəyi ilə İstedadlı Yaradıcı Gənclərin II Respublika Toplantısı çərçivəsində kino, teatr, ədəbiyyat istiqamətləri üzrə növbəti plenar iclas keçirilib.

525.az-ın məlumatına görə, tədbirin aparıcısı, “İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Rahib Azəri çıxışında son dövrlərdə Azərbaycan mədəniyyətində, incəsənətində, ədəbiyyatında gedən inkişaf proseslərindən söz açıb. Aparıcı nitqində dünyasını dəyişmiş görəkmli sənətkarları yad edib, onların yaradıcılığının məziyyətlərindən danışıb. Hazırda ustad sələflərinin yolunu davam etdirən istedadlı gənclərdən, onların gələcəkdə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.

Mədəniyyət turizm nazirini müavini Ədalət Vəliyev təmsil etdiyi rəsmi qurum adından tədbir iştirakçılarını salamlayıb, əksəriyyətini gənclərin təşkil etdiyi bu dialoqda iştirakından məmnunluğunu bildirib. Nazir müavini son dövrlərdə Mədəniyyət Turizm Nazirliyi tərəfindən gənc istedadlarla bağlı xeyli görüldüyünü diqqətə çatdırıb.

Mədəniyyət İncəsənət Universitetinin prorektoru Rafiq Sadıqov təmsil etdiyi ali məktəbin son zamanlarda daha da inkişaf etməsindən danışıb. Prorektor universitetin Bolonya təhsil sisteminə qoşulduğunu, 30-dan artın ölkənin nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq etdiyini deyib. R.Sadıqov universitetdə tələbələr üçün maksimum şərait yaradıldığını bildirib: « Universitetimizdə hər baxımdan müasirləşmə prosesi gedir. İstedadlı gənclərin, tələbələrin peşəkar kimi yetişməsi istiqamətində universitet rəhbərliyi əlindən gələni əsirgəmir. Çünki bilirik ki, bizim universitetin məzunlarının missiyası gələcəkdə Azərbaycanın mədəniyyətini, incəsənətini inkişaf etdirmək, dünyada təbliğ etməkdir. Bu da bizim məsuliyyətimizi artırır». 

Yazıçılar Birliyinin katibi Rəşad Məcid  çıxışına məşhur yazıçı Cek Londonun sözləri ilə başlayıb: « Cek London deyirdi ki, dünyada yaradıcılıq ləzzətindən üstün ləzzət yoxdur». Bu baxımdan yaradıcı insanlar həmişə cəmiyyətimizdə xüsusi hörmətlə qarşılanırlar. Sevimli şairimiz Ramiz Rövşən elə bu məntiqə əsaslanaraq şairləri xüsusi bir insan növü adlandırır». AYB katibi çıxışında toplantının təşkilatçıların minnətdarlığını bildirərək Mədəniyyət Turizm Nazirliyinin istedadlı gənclərlə bağlı həyata keçirdiyi işlərdən söz açıb: «Keçən dövr ərzində Mədəniyyət Turizm  Nazirliyinin Yazıçılar birliyi ilə birgə Gənc Ədiblər Məktəbinin təsis olunmasını, iki il uğurla fəaliyyət göstərməsini misal göstərə bilərəm. Burada iştirak edən 50 nəfər istedadlı yaradıcı gəncə fəaliyyətin sonunda mədəniyyət turizm naziri Əbülfəs Qarayevin imzası ilə diplomlar təqdim olunub. Məktəbin əksər nümayəndələri Prezident təqaüdü alıblar.Bütün bunlar yaradıcı gənclərə dövlətin qayğısının nəticəsidir». R.Məcid sonda tədbirdə iştirak edən gənlərə gələcəkdə insan hisslərinin dərinliyinə qədər işləyən əsərlər
yaratmağı arzulayıb.

Kİnematoqrafçılar İttifaqının sədri, Xalq artisti  Şəfiqə Məmmədova toplantıdan iştirakından məmnunluğunu ifadə edib. Rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi 5 ay ərzində bir sıra işlər gördüyünü, gələcəkdə maraqlı layihələr həyata keçirməyi planlaşdırdığını söyləyib: «Biz bütün istedadlı gəncləri işbirliyinə dəvət edirik. Düşünürəm ki, bu gün milli kinomuzda ssenari problemi mövcuddur. Buna görə 35 yaşadək olan gənclər arasında  ssenari müsabiqəsi elan etmişik. Qran-prini qazanan laureatın sasenarisi əsasında film çəkiləcək». 35 ildir ki, ali məktəblərdə dərs dediyini bildirən Xalq artisti məzunları ilə fəxr etdiyini deyib: «Dərs dediyim bu illər ərzində çoxlu məzunlarım olub. Onların arasından çoxlu sayda xalq artistləri, əməkdar artistlər yetişib. Onlarla fəxr edirəm».

Şoumen Murad Dadaşov son dövrlərdə yaradıcılq studiyalarının, prodakşnların, prodüserlərin istedadlı, yeni ideyalarlı zəngin  gəncləri axtardığını, işə cəlb etmək arzusunda olduqlarını deyib. M. Dadaşov çıxışında son illərdə muğamın çox inkişaf etdiyini, estrada sahəsində isə inkişafın olmadığını, yeni nəfəsə ehtiyac duyulduğunu vurğulayıb. 

Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət gənclər üçün belə görüşlərin vacibliyini vurğulayıb.

Plenar iclasda mövzu ilə bağlı diskussiyalar aparılıb, suallar cavablandırılıb. 

Sevinc MÜRVƏTQIZI

 





28.11.2012    çap et  çap et