Somali Prezidenti Həsən Şeyx Mahmud bu gün Türkiyəyə gəlir.
525.az xəbər verir ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə reallaşacaq.
Bu barədə Kommunikasiyalar direktoru Burhanəddin Duran məlumat verib.
“Görüşlər zamanı Türkiyə ilə Somali arasında ikitərəfli münasibətlər hər cəhətdən nəzərdən keçiriləcək və əməkdaşlığın daha da dərinləşdirilməsi üçün addımlar qiymətləndiriləcək. Müzakirələr həmçinin Somalinin terrorizmə qarşı mübarizəsindəki son vəziyyət, Somali Federal Hökumətinin milli birliyə nail olmaq üçün atdığı addımlar və regional inkişafları əhatə edəcək”, - deyə o bildirib.
Qeyd edək ki, səfər İsrailin ötən cümə günü Somalinin separatçı bölgəsi olan Somaliləndi “müstəqil ölkə” kimi tanıdığını elan etməsindən sonra baş tutacaq. İsrail 1991-ci ildə Somalidən ayrılan Somaliləndi tanıyan ilk ölkə olub.
İbrahim Cəfərov
çap et