525.Az

İndoneziyada qocalar evində yanğın - 16 ölü


 

İndoneziyada qocalar evində yanğın - <b style="color:red"> 16 ölü</b>

İndoneziyada qocalar evində baş verən yanğın nəticəsində azı 16 nəfər həyatını itirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bədbəxt hadisə dünən səhər Şimali Sulavesi əyalətinin Manado şəhərində baş verib.

2 saat davam edən yanğının söndürülməsinə 6 yanğınsöndürmə briqadası cəlb edilib. Məhz onların verdiyi məlumata görə, 15 nəfər diri-diri yanıb, 1 nəfər isə tüstüdən zəhərlənərək ölüb.

Qeyd edək ki, daha 15 nəfər yanıq və zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağır olduğundan ölü sayı arta bilər.

L.Tağıyeva

 





30.12.2025    çap et  çap et