525.Az

Qabanlara görə aeroportun fəaliyyətində fasilə yarandı


 

Qabanlara görə aeroportun fəaliyyətində fasilə yarandı<b style="color:red"></b>

İspaniyada vəhşi qabanların hava limanının ərazisinə soxulması təyyarələrin hərəkətində 2 saatlıq fasiləyə səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, maraqlı hadisə La-Korunya hava limanında baş verib.

Hərəkət zolağında qaçışan heyvanlara görə reyslərdə gecikmə yaranıb. Üstəlik, aeroporta etməli olan təyyarələr də bir müddət havada qalmalı olub.

Qaban sürüsü 2 saatdan sonra ərazidən çıxarıldıqdan sonra hava limanında fəaliyyət tam bərpa edilib.

Qeyd edək ki, heyvanların hava limanının ərazisinə necə girmələri bəlli deyil.

L.Tağıyeva

 





30.12.2025    çap et  çap et