525.Az

Zelenski “İstəklilər koalisiyası” liderlərinin görüş tarixini açıqlayb 


 

Zelenski “İstəklilər koalisiyası” liderlərinin görüş tarixini açıqlayb <b style="color:red"></b>

“Ukrayna tezliklə “İstəklilər koalisiyası”ndan olan tərəfdaşlarla bir sıra mühüm görüşlər, eləcə də dünya liderləri səviyyəsində danışıqlar keçirəcək”.

525.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Telegram-da yazıb.

O bildirib ki, koalisiya ölkələrinin milli təhlükəsizlik müşavirləri ilə görüşmək barədə artıq razılığa gəlinib:

“Biz 3 yanvarda Ukraynada görüşməyi planlaşdırırıq. Bundan sonra danışıqlar liderlər səviyyəsində davam etdiriləcək. Bu görüşün isə yanvarın 6-da Fransada keçirilməsi planlaşdırılır", - Zelenski bildirib.

Pərvanə Sultanova

 





30.12.2025    çap et  çap et