525.Az

“Ukraynanın Aİ-yə daxil olması təhlükəsizliyin ən vacib qarantiyasıdır”


 

“Ukraynanın Aİ-yə daxil olması təhlükəsizliyin ən vacib qarantiyasıdır”<b style="color:red"></b>

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa İttifaqı liderləri ilə telefon danışığından sonra Ukraynanın quruma daxil olmasını təhlükəsizliyin ən vacib qarantiyası adlandırıb.

525.az-a xəbər verir ki, bu barədə o, “X” sosial media platformasında yazıb.

"Bu gün Avropa liderləri ilə Ukraynaya dəstəyimiz, onun təhlükəsizliyi və ölkənin yenidən qurulması ilə bağlı yaxşı müzakirə apardıq. Nəticədə, azad Ukrayna dövlətinin çiçəklənməsi onun Aİ-yə daxil olmasından asılıdır. Bu, həm də özlüyündə təhlükəsizliyin vacib bir qarantiyasıdır", - Lyayen qeyd edib.

Pərvanə Sultanova

 





30.12.2025    çap et  çap et