525.Az

BƏƏ Yəməndə antiterror missiyasını dayandırıb


 

BƏƏ Yəməndə antiterror missiyasını dayandırıb<b style="color:red"></b>

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Müdafiə Nazirliyi Yəməndə terrorizmlə mübarizə üzrə ixtisaslaşmış qruplarının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyi Yəməndəki terrorizmə qarşı mübarizə qruplarının fəaliyyətini dayandırır.

525.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bəyanatda deyilir: "Qərar BƏƏ-nin öz təşəbbüsü ilə, personalının təhlükəsizliyini təmin etmək məqsədilə və beynəlxalq tərəfdaşlarla əlaqələndirilərək qəbul edilib".

Qeyd olunur ki, BƏƏ 2015-ci ildən bəri Ərəb koalisiyasının Yəməndəki qanuni hökuməti dəstəkləmək, eləcə də terror təşkilatları ilə mübarizə aparmaq və regionda sabitliyi təmin etmək üçün həyata keçirdiyi tədbirlərdə iştirak edir. Müdafiə Nazirliyi vurğulayıb ki, BƏƏ Silahlı Qüvvələri 2019-cu ildə öz vəzifələrini yerinə yetirdikdən sonra Yəmən Respublikasındakı hərbi mövcudluğuna son qoyub, sonrakı iştirakçılıq terrorizmə qarşı mübarizə qrupları ilə məhdudlaşdı.

Müdafiə Nazirliyi bu qərarın mövcud vəziyyət nəzərə alınmaqla verildiyini və BƏƏ-nin regionda təhlükəsizlik və sabitliyi dəstəkləmək öhdəliyinə uyğun olduğunu vurğulayıb. 

Pərvanə Sultanova

 





30.12.2025    çap et  çap et