Braziliyalı futbolçu Neymar gələcək karyerası ilə bağlı seçimini edib.
525.az xəbər verir ki, o, karyerasını hazırkı klubu “Santos”da davam etdirəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. O bildirib ki, 33 yaşlı forvard Braziliya klubu ilə sözləşməsini daha 1 illiyinə artırıb.
Qeyd edək ki, Neymarın “Santos”la hazırkı müqaviləsi dünən başa çatıb. Onun karyerasını yenidən Avropada davam etdirəcəyi barədə xəbərlər yayılmışdı.
Xatırladaq ki, Neymar 1 il əvvəl “Santos”a “Əl-Hilal”dan keçib. O, cari mövsüm 30 matçda 11 qol vurub, 4 dəfə məhsuldar ötürmə müəllifi olub.
İbrahim Cəfərov
çap et