Niderlandda Yeni il şənliyi faciə ilə yekunlaşıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Amsterdamda bayram şənlikləri zamanı 154 illik kilsədə yanğın baş verib.
Amsterdam Bələdiyyəsindən verilən açıqlamaya görə, 01:30 radələrində başlayan yanğın yalnız yeddi saatdan sonra söndürülüb.
Yanğınsöndürənlərin təhlükəsizliyi üçün yaxınlıqda 90 evin elektrik enerjisi kəsilib və sakinlərə tüstü səbəbindən evlərinə qayıtmamaq tövsiyə edilib.

Güclü külək qığılcımları və yanan dağıntıları ətrafa səpələyib, bu da kilsəni əhatə edən çoxsaylı evlərin boşaldılmasına səbəb olub. Yanğını söndürmək üçün Niderland Hərbi Dəniz Qüvvələri ölkənin ən böyük kranından istifadə edilib.
Yanğının baş vermə səbəbi ilə bağlı məlumat verilməyib.
Səhər saatlarında aparılan təftiş göstərib ki, kilsənin divarları ayaqda qalıb və bundan sonra dağılma ehtimalı yoxdur.
İbrahim Cəfərov
çap et