525.Az

“Televiziyalarda sosial reklamlara normal səviyyədə yer verilməlidir”


 

“Televiziyalarda sosial reklamlara normal səviyyədə yer verilməlidir”<b style="color:red"></b>

Milli Məclisin sədri Oqtay Əsədov ölkədə fəaliyyət göstərən televiziyalardan narazılığını ifadə edib.

APA-nın məlumatına görə, sığorta ilə bağlı qanunvericiliyə dəyişikliklərin müzakirəsi zamanı spiker televiziyalarda sosial reklamların yox səviyyəsində olduğunu bildirib və bunun biabırçılıq olduğunu söyləyib:

“Bilmirəm, ya bunu sifariş verən təşkilatlar yoxdur, ya da ki televiziyalar üçün maraqlı deyil. Əvəzində cəmiyyətə lazım olmayan şeyləri reklam edirlər. Sosial reklamlara normal səviyyədə yer verilməlidir”.

 





02.02.2015    çap et  çap et