2017-ci ildə Ginnesin rekordlar kitabına dünyanın ən ağır adamı kimi düşmüş meksikalı Xuan Pedro Franko vəfat edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı Franko böyrək çatışmazlığından dünyasını dəyişib.
2017-ci ildə 590 kq çəkiyə malik olmuş meksikalı sonrakı illərdə həkimlərin köməyi ilə çəkisini 2 dəfəyə qədər azaltmağa Nail olmuşdu. Bununla Franko həm də hərəkətsizlikdən canını qurtarmış və gəzə bilmişdi.
Qeyd edək ki, indiyə kimi ən ağır çəkili adam amerikalı Con Brauer Minnok olub. 1941-1983-cü illərdə yaşamış Conun maksimal çəkisi 635 kq imiş.
L.Tağıyeva
çap et