525.Az

Azərbaycan klubu türkiyəli voleybolçu ilə müqavilə imzalayıb


 

Azərbaycan klubu türkiyəli voleybolçu ilə müqavilə imzalayıb<b style="color:red"></b>

"Gəncə" heyətini yeni voleybolçu ilə gücləndirib.

525.az-a bu barədə bölgə təmsilçisindən məlumat verilib.

Türkiyəli oyunçu Aysu Elveren ilə müqavilə imzalanıb.

21 yaşlı voleybolçunun son klubu Kosova təmsilçisi "Gjinoci" olub. A.Elveren daha əvvəl ölkəsinin "Çanaqqala Bələdiyəspor", "Ortakçı Orhaniyespor", "Bahçelievler Belediyesi" və "Vakıfbank" komandalarının şərəfini qoruyub.

 





02.01.2026    çap et  çap et