525.Az

“Neftçi” - “Kayrat” oyununun vaxtı müəyyənləşdi


 

“Neftçi” - “Kayrat” oyununun vaxtı müəyyənləşdi<b style="color:red"></b>

Mövsümün ikinci hissəsinin hazırlıqlarını Abu Dabidə keçirəcək “Neftçi” hazırlıq prosesi çərçivəsində 3 yoxlama oyununa çıxacaq.

525.az-ın xəbərinə görə, “ağ-qaralar”ın ilk görüşü “Kayrat”a (Qazaxıstan) qarşı olacaq.  Oyun yanvar 9-na planlaşdırılıb. Görüşün başlama saatı yerli vaxtla 19:00-a nəzərdə tutulub.

“Neftçi”nin digər iki rəqibi isə Misir və Çin klubları olacaq. Həmin kollektivlərlə qarşılaşmalar yanvarın 12-si və 16-na planlaşdırılıb.

"Neftçi" sonuncu görüşlə Abu-Dabi toplanışını başa vuracaq və yanvarın 17-də Azərbaycana qayıdacaq.

 





02.01.2026    çap et  çap et