525.Az

Fransada yeni il gecəsi 800-dən çox avtomobil yandırılıb


 

Fransada yeni il gecəsi 800-dən çox avtomobil <b style="color:red"> yandırılıb</b>

Fransada yeni il gecəsi fişəngsevərlər  tərəfindən 813 avtomobil yandırılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğınların çoxu ölkənin şimal və şərq bölgələrində baş verib.

Belə ki, Aşağı Reyn departamentində 117 avtomobil qismən və ya tam yanıb. İkinci yerdə Rona departamenti qərarlaşıb - 82 avtomobil. Maraqlıdır ki, Parisdə 1 fakt belə qeydə alınmayıb. Yanğınların əksəriyyəti ehtiyatsızlıq üzündən yaşanıb.

Ölkənin daxili işlər naziri Loran Nunyesin açıqlamasına görə, yeni il gecəsi bütün Fransa üzrə 90 min polis əməkdaşı iş başında olub. 

Yeri gəlmişkən, ölkə üzrə 386  fişənglərdən qanunsuz istifadə, həmçinin, bundan 3 nəfərin ağır yaralanması faktı qeydə alınıb.

L.Tağıyeva

 





02.01.2026    çap et  çap et