525.Az

Yeni ilin ilk günləri Tailandda yüzdən çox insan avtomobil qəzasında həlak olub


 

Yeni ilin ilk günləri Tailandda yüzdən çox insan avtomobil qəzasında həlak olub<b style="color:red"></b>

Yanvarın 1-i və 2-ə keçən gecə Tailandda 120-dən çox insan avtomobil qəzalarında həyatını itirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəzaların əksəriyyətinə səbəb sürücülərin ayıq olmaması və sürət həddinin aşılmasıdır.

Bu qəzalarda yaralananların sayı isə həyatlarını itirənlərdən bir neçə dəfə çoxdur.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə Tailandda mindən çox insanın ölümü ilə nəticələnən 20 mindən çox nəqliyyat hadisəsi baş verib. Hər 5 qəzadan 4-ü motosikletçilərin iştirakı ilə yaşanıb. Ölənlərin əksəriyyəti də məhz motosiklet sürücüləridir.

L.Tağıyeva

 





02.01.2026    çap et  çap et