525.Az

“Neftçi”nin qış hazırlıq planı müəyyənləşib


 

“Neftçi”nin qış hazırlıq planı müəyyənləşib<b style="color:red"></b>

"Neftçi”nin qış hazırlıq planı müəyyənləşib.

525.az xəbər verir ki, bu brədə klubun mətbuat xidməti məlumat yyıb.

Paytaxt təmsilçisi yanvarın 4-dən 17-dək BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində təlim-məşq toplanışı keçəcək.

Ayın 5-də ilk məşqə çıxacaq “ağ-qaralar” hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. “Neftçi” yanvarın 9-da “Kayrat” (Qazaxıstan), 13-də “Piramids” (Misir), 16-da isə “Çenqdu Ronqçenq” (Çin) klubları ilə qarşılaşacaq.

Bildirilib ki, matçların başlanma saatı ilə bağlı məlumat daha sonra veriləcək.

 





02.01.2026    çap et  çap et