525.Az

"Azəriqaz" xəbərdarlıq edir


 

"Azəriqaz" xəbərdarlıq edir<b style="color:red"></b>

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsi abonentlərə xəbərdarlıq edib.

Birlikdən "APA-Economics"ə verilən məlumata görə, ölkə üzrə "Modenis" MMC məxsus "eManat" və "Komtec" LTD məxsus "MilliÖN" ödəmə terminallarının server sistemində yeni avadanlıqların quraşdırılması həyata keçirildiyi üçün bu gün saat 00:00-dan etibarən fevralın 3-ü saat 01:00-dək təbii qazdan istifadə məqsədilə "Smart kart" tipli qaz sayğaclarına pul yüklənilməsi üçün aparılan əməliyyatlarda 1 saatlıq fasilələr yaranacaq.
 
Birlik qeyd olunan zaman ərzində abonentlərdən ödəniş üçün alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

 





02.02.2015    çap et  çap et