ABŞ-nin hava hücumları zamanı Venesuelanın müdafiə naziri Padrino Lopezin evi də hədəf alınıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onunla əlaqə saxlamaq mümkün deyil. Yerli mətbuatda isə Lopezin öldürüldüyü iddiaları yayılıb.
Vurğulanıb ki, partlayışlar başlayandan bəri heç bir yüksək vəzifəli Venesuela dövlət məmuru ictimaiyyət qarşısına çıxmayıb, yalnız yazılı açıqlamalar verilib. Venesuela müxalifəti də ölkədəki vəziyyəti şərh etməkdən çəkinib.
İbrahim Cəfərov
çap et