Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlar, həmçinin dağıntılar altından çıxarılan cəsədlərlə bağlı son məlumatları açıqlayıb.
525.az xəbər verir ki, son 24 saat ərzində dağıntılar altından 3 nəfərin cəsədi çıxarılıb, 13 nəfər isə yaralanıb.
Bununla da atəşkəs başlayandan etibarən ümumilikdə 420 nəfər həlak olub, dağıntılar altından 684 cəsəd çıxarılıb, 1184 nəfər isə yaralanıb.
Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 71 386-ya, yaralıların sayı isə 173 465 nəfərə çatıb.
İbrahim Cəfərov
çap et