Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis bölməsi məlumat yayıb.
Açıqlamaya görə, yanğın səhər saatlarında Koulun rayonundakı Şek Kip Mei yaşayış binasındakı mənzildə başlayıb. Yanğına müdaxilə edən yanğınsöndürənlər mənzildə 1 nəfərin meyitini aşkar ediblər, tüstüdən zərər çəkmiş 3 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.
Yaşayış binasının 200-dən çox sakini təxliyə edilib, yanğının baş vermə səbəbləri araşdırılır.
Xatırladaq ki, Honq-Konqda ötən il noyabrın 26-da Tai Po rayonunda 8 çoxmərtəbəli mənzildən ibarət olan Vanq Fuk yaşayış binasında baş verən yanğında 161 nəfər həlak olub.
İbrahim Cəfərov
çap et