525.Az

Bu ölkənin paytaxtı köçürüldü


 

Bu ölkənin paytaxtı köçürüldü<b style="color:red"></b>

Yanvarın 2-dən etibarən Ekvatorial Qvineyanın paytaxtı Malabo şəhərindən Syudad-de-la-Pasa
köçürülüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Teodoro Obianq Nqema Mbasoqo müvafiq sənədi imzalayıb.

Paytaxtın köçürülməsinə səbəb Bioko adasında yerləşən Malabonun əhalisinin çoxalması və materikdəki Syudad-de-la-Pasın daha təhlükəsiz olmasıdır. 

Yeni paytaxt həmçinin, coğrafi cəhətdən də münasib yerdədir və buradan ölkənin digər regionlarına rahat nəqliyyat dəhlizi var.

Qeyd edək ki, 28 kv.km-dən bir qədər çox ərazisi olan Ekvatorial Qvineyanın 1,4 milyon əhalisi var. Syudad-de-la-Pas isə gənc şəhərdir, əsası 2011-ci ildə səhra və cəngəllik ərazilərdə qoyulub.

L.Tağıyeva

 





05.01.2026    çap et  çap et