525.Az

Rusiyada avtomobil avtobus dayanacağına çırpıldı


 

Rusiyada avtomobil avtobus dayanacağına çırpıldı<b style="color:red"></b>

Krasnodarsk vilayətinin Qoryaçiy Klyuç şəhərində BMW markalı avtomobil avtobus dayanacağına çırpılıb.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qəza dünan axşam saatlarında baş verib.

Nəticədə 1 qadın həyatını itirib, 4 nəfər ağır xəsarət alıb. Yarananlardan biri uşaqdır. Onlar hamısı şəhər xəstəxanasına çatdırıblar. 

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar, qəzanın baş vermə səbəbləri aydınlaşdırılır.

Qeyd edək ki, şahidlərin sözlərinə görə, avtomobil qəza törədən zaman 90 km/saat sürətlə hərəkətdə olub.

L.Tağıyeva

 





05.01.2026    çap et  çap et