525.Az

Kriptovalyuta bazarının son göstəriciləri


 

Kriptovalyuta bazarının son göstəriciləri<b style="color:red"></b>

Yanvarın 5-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti artıb.

525.az xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası son 24 saatda “CoinMarketCap” platformasında 1.31% bahalaşaraq 92 543 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.67% artaraq 3165 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 3.19%, BNB isə 0.75% bahalaşıb.

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti ötən ilin oktyabr ayında qeydə alınıb və qiyməti 126 min dolları ötüb.

 





05.01.2026    çap et  çap et