525.Az

"Neftçi"nin futbolçusu Misirə qarşı oynayacaq?


 

"Neftçi"nin futbolçusu Misirə qarşı oynayacaq?<b style="color:red"></b>

Afrika Millətlər Kubokunun qrup mərhələsində Botsvana ilə görüşdə zədələnən Benin millisinin və "Neftçi"nin futbolçusu Sessi D`Almeydanın durumu bəlli olub.

525.az xəbər verir ki, millinin baş məşqçisi Gernot Rohr Misirlə bu gün keçiriləcək 1/8 final oyunu üçün təşkil edilən mətbuat konfransında D`Almeyda ilə bağlı danışıb.

O deyib ki, 30 yaşlı yarımmüdafiəçi artıq zədəsini sağaldıb və sıraya dönüb: "Sessi d'Almeida yarımmüdafiəyə qayıdacaq, amma kapitanımız və hücumçumuz Stiv Muniyenin oynaya bilməyəcəyi ehtimalı var" - deyə o qeyd edib.

Qeyd edək ki, Afrika Millətlər Kubokunun 1/8 finalında  bu gün keçiriləcək Misir - Benin matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

 





05.01.2026    çap et  çap et