"İlham Əliyev fiziki cəhətdən güclüdür, o, mütəmadi olaraq peşəkar şəkildə məşq edir”.
525.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Turkistan” qəzetinə müsahibəsində MDB liderlərinin fiziki hazırlığı barədə danışarkən deyib.
Kasım-Jomart Tokayev xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin fiziki hazırlığını qeyd edib.
“Qırğızıstan Prezidenti Sadır Japarov futbol oynayır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yaxşı fiziki formadadır, o da idman zalında məşq edir. Ermənistan Baş naziri Nikol Paşinyan velosiped sürməklə məşğul olur. Belarus lideri Aleksandr Lukaşenko xokkey oynamağa davam edir. Tacikistan Prezidenti Emoməli Rəhmon da sağlamlığından şikayət etmir, dənizçi dözümlülüyünə malikdir. Beləliklə, bütün həmkarlar əla fiziki formadadırlar”, - o bildirib.
Tokayevin sözlərinə görə, Vladimir Putin bu yaxınlarda Bişkekdə keçirilən qeyri-rəsmi tədbir zamanı gənc cüdoçuya qarşı fənd tətbiq edərək, yaşlı nəslin şərəfini qoruyub.
Pərvanə Sultanova
çap et