525.Az

Azərbaycanın ümumi dövlət borcu açıqlanıb


 

Azərbaycanın ümumi dövlət borcu açıqlanıb<b style="color:red"></b>

2025-ci il 1 dekabr tarixinə Azərbaycanın ümumi dövlət borcunun həcmi 25 milyard 272,7 milyon manata bərabər olub.

525.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 19,5 faizini təşkil edir.

Məcmu dövlət borcunun 8 milyard 195,2 milyon manatı xarici dövlət borcunun, 17 milyard 77,5 milyon manatı daxili dövlət borcunun payına düşür.

 





05.01.2026    çap et  çap et