525.Az

“Fransa Venesuelada istifadə edilən ABŞ-ın metodlarını dəstəkləmir” -  Makron


 

“Fransa Venesuelada istifadə edilən ABŞ-ın metodlarını dəstəkləmir” - <b style="color:red"> Makron</b>

“Fransa Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmək üçün ABŞ-ın əməliyyatda istifadə etdiyi metodları dəstəkləmir”.

525.az xəbər verir ki, bu barədə Prezident Emmanuel Makron Nazirlər Kabinetinin iclasında deyib.

Onun mövqeyini jurnalistlərə hökumət sözçüsü Mod Brejon Yelisey Sarayında keçirdiyi brifinqdə çatıdırıb.

“İstifadə olunan metodlar nə dəstəklənir, nə də təsdiqlənir. Bunlar Prezident Makronun sözləridir", - Brejon bildirib.

Əlavə edib ki, Makron Fransanın beynəlxalq hüququ və xalqların azadlığını müdafiə etdiyini vurğulayıb. Fransa liderinin fikrincə,  ABŞ-ın əməliyyatı beynəlxalq hüquqa uyğun deyil. Bununla yanaşı Makron Maduronun hakimiyyətdən uzaqlaşdırılmasını yaxşı xəbər hesab edir.

Pərvanə Sultanova

 





05.01.2026    çap et  çap et