525.Az

Kanadanın sabiq XİN başçısı Zelenskinin müşaviri oldu 


 

Kanadanın sabiq XİN başçısı Zelenskinin müşaviri oldu <b style="color:red"></b>

Ukrayna Prezidenti Volodimir Zelenski əvvəllər Kanada Baş nazirinin Ukrayna üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışmış  Kristia Frilandı iqtisadi inkişaf üzrə müşaviri təyin edib.

525.az xəbər verir ki, bu barədə Ukrayna lideri Telegram kanalında bildirib.

“Bu gün mən  Kristia Frilandı iqtisadi inkişaf üzrə məsləhətçim təyin etdim. O, qeyd edilən sahədə peşəkardır, investisiya cəlb etmək, iqtisadi transformasiya sahəsində əhəmiyyətli təcrübəyə malikdir”, - Zelenski bildirib.

2025-ci ilin payızında Ukrayna üzrə xüsusi nümayəndə təyin olunmazdan əvvəl Friland Kanadanın xarici işlər naziri, Baş nazirin müavini və maliyyə naziri vəzifələrində çalışıb.

Pərvanə Sultanova

 





05.01.2026    çap et  çap et