Avropa Komissiyası (AK) Danimarka və Qrenlandiyanın ərazi bütövlüyünü tam dəstəkləyir, eyni zamanda, ABŞ-ın Venesuela və Qrenlandiya ilə bağlı hərəkətləri arasında paralellər aparmağı qeyri-mümkün hesab edir.
525.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Paula Pinyo Brüsseldə keçirilən brifinqdə bildirib.
“Qrenlandiya ABŞ-ın müttəfiqidir, biz onu tam dəstəkləyirik və ABŞ-ın Venesueladakı hərəkətləri ilə müqayisə etmək üçün heç bir imkan görmürük”, - o deyib.
Əlavə edib ki, AK Danimarka və Qrenlandiyanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Qrenlandiyanın statusu ilə bağlı məsələyə yalnız onun sakinləri qərar verə bilər.
Pərvanə Sultanova
çap et