525.Az

Maduro helikopterlə məhkəməyə aparılıb


 

Maduro helikopterlə məhkəməyə aparılıb<b style="color:red"></b>

ABŞ-nin əməliyyatı nəticəsində tutularaq Nyu-Yorka gətirilən Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores bu gün məhkəmə önünə çıxacaq.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Maduro və həyat yoldaşı güclü təhlükəsizlik tədbirləri altında məhkəməyə aparılıb.

Onlar təcridxanadan zirehli avtomobillə çıxarılıblar. Daha sonra isə Maduro və həyat yoldaşı zabitlərin müşayiəti ilə helikopterə mindirilib.

Qeyd edək ki, Nikolas Maduronun məhkəməsi Bakı vaxtı ilə 21:00-da başlayacaq.

İbrahim Cəfərov

 





05.01.2026    çap et  çap et