525.Az

ABŞ vitse-prezidentinin evinə hücum olub


 

ABŞ vitse-prezidentinin evinə<b style="color:red"> hücum olub</b>

ABŞ-nin vitse-prezidenti Ceyms Vensin evinə hücum edilib.

525.az xəbər verir ki, bu barədə Britaniyanın “The Mirror” qəzeti məlumat yayıb.

Bildirilib ki, insident Vensin Sinsinnatinin Uilyam Hovard Taft küçəsindəki evində baş verib.

Vitse-prezident və ailəsi hücum zamanı evdə olmayıb.

Evə daxil olmayan şəxs pəncələri sındırıb.

Hadisə ilə bağlı bir nəfər şübhəli qismində saxlanılıb.

İbrahim Cəfərov

 





05.01.2026    çap et  çap et