525.Az

"Qəbələ" seneqallı müdafiəçi transfer etdi


 

"Qəbələ" seneqallı müdafiəçi transfer etdi<b style="color:red"></b>

"Qəbələ" qış fasiləsində ilk transferini reallaşdırıb.

Klubdan 525.az-a verilən məlumata görə, bölgə təmsilçisi seneqallı mərkəz müdafiəçisi Seydina Keyta ilə 6 ay +1 illik müqavilə imzalayıb.

Onun son klubu "Panevejis" (Litva) olub. Keyta buna qədər "Al Tadamon" (Küveyt), "Liepaya" (Latviya), "Mölde" (Norveç) və "Diambars" (Seneqal) komandalarının şərəfini qoruyub.

Qeyd edək ki, Keyta "Qəbələ"də 33 nömrəli formada çıxış edəcək.

 





05.01.2026    çap et  çap et