525.Az

Məşhur mütəxəssis ən yaxşıları sadaladı, Ronaldo siyahıda yoxdur


 

Məşhur mütəxəssis ən yaxşıları sadaladı, Ronaldo siyahıda yoxdur<b style="color:red"></b>

Məşhur italiyalı mütəxəssis Fabio Kapello meydanda gördüyü ən yaxşı futbolçuların adlarını açıqlayıb.

525.az xəbər verir ki, təcrübəli məşqçi yalnız üç futbolçunu fərqləndirib: Pele, Dieqo Maradona və Lionel Messi.

"Marca"nın məlumatına görə, Kapello seçimini belə izah edib:

"Bu üç futbolçuda xüsusi bir şey var idi. Onlar futbol dahisidirlər, çünki ağlınıza belə gəlməyən, təsəvvür etmədiyiniz şeyləri meydanda edirdilər".

Kapellonun karyerası ərzində 5 dəfə "Qızıl top" qazanan portuqaliyalı ulduz Kriştiano Ronaldonu bu siyahıya daxil etməməsi diqqət çəkib. İtalyalı mütəxəssisin adını çəkdiyi Lionel Messinin kolleksiyasında isə 8 "Qızıl top" mükafatı var.

 





06.01.2026    çap et  çap et