Bu gün səhər yerli vaxtla 10.18-də Yaponiyanın qərbində 6,2 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələnin episentri Honsü adasında, 10 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan edilməyib. Dağıntı və insan tələfatı barədə məlumat verilmir.
Qeyd edək ki, zəlzələ Simane prefekturasının əksər yaşayış məntəqələrində hiss olunub. Adada sözügedən zəlzələdən sonra daha bir neçə zəif yeraltı titrəyişlər də baş verib.
L.Tağıyeva
çap et