525.Az

“Latsio”nun hücumçusu "Vest Hem"də


 

“Latsio”nun hücumçusu "Vest Hem"də<b style="color:red"></b>

“Vest Hem” “Latsio”nun hücumçusu Valentino Kastelyanosu transfer edib.

525.az Premyer Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Tərəflər razılığa gələrsə, anlaşma daha bir il uzadıla bilər.

27 yaşlı futbolçu bu mövsüm “Latsio”da 12 oyunda 2 qol vurub və 3 məhsuldar öürmə verib.

Argentina millisinin üzvü  daha əvvəl “Jirona”, “Nyu York Siti” kimi klublarda da çıxış edib.

 





06.01.2026    çap et  çap et