525.Az

“Kilsədən dövlətə qarşı istifadə etməyə çalışan qüvvələr var” -  Paşinyan


 

“Kilsədən dövlətə qarşı istifadə etməyə çalışan qüvvələr var” - <b style="color:red"> Paşinyan</b>

“Müəyyən qüvvələr erməni kilsəsini dövlətə qarşı alət kimi istifadə etməyə çalışırlar, amma buna imkan verməyəcəyik".

525.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan kütləvi yürüşdə bildirib.

Ermənistan hökumətinin kilsəyə qarşı hərəkət etməsi ilə bağlı ittihamlara cavab olaraq Paşinyan deyib: 

"Hökumət kilsəyə qarşı hərəkət etməyib, etmir və heç vaxt hərəkət edə bilməz”.

Paşinyanın sözlərinə görə, Ermənistan Apostol Kilsəsinin hazırkı de-fakto lideri və onun yaxın ətrafı məzhəbçilik məntiqi, təfriqəçilik məntiqi daxilində fəaliyyət göstərir: “Buna görə də biz kilsəni təfriqələrdən təmizləyib xalqa qaytarmalıyıq. Kilsə xalq üçündür, Kilsə insanların İsa Məsihlə ünsiyyət qurduğu yerdir”.

Pərvanə Sultanova

 





06.01.2026    çap et  çap et