ABŞ Dövlət Departamentinin rusdilli rəsmi hesabında prezident Donald Trampla bağlı diqqətçəkən paylaşım edilib.
525.az xəbər verir ki, paylaşımda “Prezident Tramp ilə oyun oynamayın” çağırışı yer alıb. Oxşar mesaj departamentin farsdilli hesabında da dərc olunub.
Qeyd edək ki, bu açıqlamanın ingiliscə orijinal versiyası ABŞ-ın Venesuelada keçirdiyi hərbi əməliyyatdan sonra, yanvarın 3-də yayılıb.
Paylaşımda belə deyilir:
“Prezident Tramp – iş adamıdır. Bunu bilmirdiniz? İndi bildiniz”.
Mesaj Tramp və onun administrasiya üzvlərinin “Qətiyyətli qərar” (Absolute Resolve) adlı əməliyyatı izlədiyi anlarda çəkilmiş foto ilə müşayiət olunub.
Məlumata görə, yanvarın 3-nə keçən gecə ABŞ hərbçiləri Venesuelanın paytaxtı Karakasda strateji obyektlərə zərbələr endirib. Əməliyyat zamanı Venesuela prezidenti Nikolas Maduro həyat yoldaşı Siliya Floreslə birlikdə saxlanılaraq ABŞ-a aparılıb. Onların ABŞ-da mühakimə olunacağı bildirilir.
Qeyd edək ki, paylaşım sosial şəbəkə X platformasında yayımlanıb.

çap et