“ABŞ-ın Qrenlandiyaya iddiaları NATO-nun dağılmasına gətirib çlxara bilər”.
525.az xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen Associated Press-ə deyib.
Onun sözlərinə görə, əgər ABŞ başqa bir NATO ölkəsinə qarşı hərbi güc tətbiq etmək qərarına gələrsə, onda hər şey dayanacaq.
Qrenlandiyanın Baş naziri Yens Frederik Nilsen də ABŞ-ın adaya qarşı hərbi əməliyyatının fəlakətli nəticələri barədə xəbərdarlıq edib. Danimarka və Qrenlandiya baş nazirlərinin açıqlamaları ABŞ-ın Venesueladakı hərbi əməliyyatı fonunda səslənib.
Prezident Donald Tramp daha əvvəl bildirib ki, ABŞ-ın müdafiə məqsədləri üçün Danimarkanın muxtar ərazisi olan Qrenlandiyaya ehtiyacı var.
Pərvanə Sultanova
çap et