Ukrayna prezidenti Vladimir Zelenski Parisdə fransalı həmkarı Emmanuel Makronla görüşüb.
525.az xəbər verir ki, bu barədə Ukrayna lideri sosial media hesabında paylaşım edib.
Zelenski bildirib ki, Rusiyanın hücumundan qorunmaq üçün ölkəsi hava hücumundan müdafiə sistemini gücləndirməlidir:
“Diplomatiya və real yardım əl-ələ verməlidir. Rusiya ölkəmizə hücumlarını dayandırmır. Hal-hazırda biz insanları, yaşayış məntəqələrini və mühüm infrastrukturu qorumaq üçün hava hücumundan müdafiə sistemimizi gücləndirməliyik”.
Zelenski qeyd edib ki, Makronla görüşündə Ukraynanın Rusiyanın təcavüzünə qarşı dayanmaq qabiliyyəti, müdafiə ehtiyacları və diplomatik mövqeyini gücləndirmək üçün atılan addımlar müzakirə olunub: “Təslim edilən hər bir hava hücumundan müdafiə raketi insan həyatını xilas edir və diplomatiya şansını artırır. Buna görə də hər görüş hava hücumundan müdafiə ilə bağlı yeni qərarlar, yeni yardım paketləri və səmamızı qorumaq üçün yeni imkanlar kimi konkret nəticələr verməlidir".
İsgəndər Həsənov
çap et