Avropa ölkələrinin yeraltı qaz anbarlarındakı təbii qaz ehtiyatları 60 faizdən aşağı düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gas Infrastructure Europe (GIE) hesabat yayıb.
Məlumata görə, anbarlardakı qazın həcmi 59,9 faizə enib. Bu, ötən il yanvarın 3-cü ongünlüyündəki göstərici ilə eynidir.
Hesabatda həmçinin, ölkələrin yeraltı anbarlarda faizlə qalan qaz ehtiyatlarının həcmi də açıqlanıb. Ən aşağı göstəricilərdən biri Niderlanddadır - 46,1 faiz. Başqa sözlə, bu ölkənin qaz ehtiyatlarının yarıdan çoxu artıq istifadə olunub.
L Tağıyeva
çap et