525.Az

Qırğızıstanda qocalar evi yandı, xəsarət alanlar var


 

Qırğızıstanda qocalar evi yandı, xəsarət alanlar var<b style="color:red"></b>

Bişkekdə yerləşən qocalar evində yanğın baş verib. 

525.az Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, 14 sakin müxtəlif xəsarətlərlə şəhər xəstəxanalarına yerləşdiriliblər.

13 qoca tüstüdən zəhərlənib, 1 nəfər isə yanıq xəsarətləri alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Qırğızıstanın səhiyyə naziri Kanıbek Dosmambetov xəsarət alanları ziyarət edib. 

Qeyd edək ki, faktla bağlı cinayət işi başlanılıb,  yanğının baş vermə səbəbləri araşdırılır.

L.Tağıyeva

 





07.01.2026    çap et  çap et