525.Az

Tayvanda F-16 qırıcısı qəzaya uğradı


 

Tayvanda F-16 qırıcısı qəzaya uğradı<b style="color:red"></b>

Tayvanda F-16 qırıcısı təlim uçuşu zamanı qəzaya uğrayıb.

525.az xəbər verir ki, bu barədə Tayvan Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, “F-16V” qırıcısı təlim uçuşu zamanı Tayvanın şimal-şərqindəki Hualien bölgəsinin yaxınlığında dənizə düşüb.

Qəzadan əvvəl pilot katapult edib. Hazırda itkin düşən pilotun tapılması üçün axtarış-xilasetmə əməliyyatı aparılır.

İsgəndər Həsənov

 





07.01.2026    çap et  çap et