İsrailin xarici işlər naziri Gideon Saar ölkəsi tərəfindən tanınan Somaliləndə səfər edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Saar bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
O, bölgənin qondarma prezidenti Abdurrahman Muhammed Abdullah ilə görüşdüyünü bildirib.
Saar əlavə edib: "Bu səfər həm də bir mesaj verir: İsrail və Somalilənd arasında münasibətləri inkişaf etdirməyə sadiqik. İki ölkə arasında qarşılıqlı tanınma və diplomatik münasibətlərin qurulması heç kimə qarşı yönəlməyib. Bizim ümumi məqsədimiz həm xalqların, həm də ölkələrin rifahını yüksəltməkdir”.
Qeyd edək ki, Somali Xarici İşlər Nazirliyi bu səfəri pisləyib, səfərin Somalinin suverenliyini və ərazi bütövlüyünü pozduğu bildirilib.
İbrahim Cəfərov
çap et