ABŞ-nin yanvarın 3-də Venesuelaya endirdiyi aviazərbələr və prezident Nikolas Maduronun saxlanıldığı əməliyyat nəticəsində ölənlərin sayı açıqlanıb.
525.az xəbər verir ki, bu barədə Venesuela mediası məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı 200 ABŞ əsgəri Karakasa daxil olub. Hücum nəticəsində 57 nəfər həyatını itirib. Onlardan 23-ü Venesuela, 32-si Kuba əsgəri və 2-si də mülki vətəndaş olub.
Xatırladaq ki, Kuba Kommunist Partiyası ABŞ-nin hücumunda ölən əsgərlərin siyahısını paylaşıb, həmçinin ölkədə 2 günlük matəm elan olunub.
İbrahim Cəfərov
çap et