525.Az

Malayziyanın Baş naziri Türkiyəyə səfər edəcək


 

Malayziyanın Baş naziri Türkiyəyə səfər edəcək<b style="color:red"></b>

Malayziyanın Baş naziri Ənvər İbrahim sabah Türkiyəyə səfər edəcək.

525.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya gələcək Ənvər İbrahim Türkiyə-Malayziya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclasında iştirak edəcək.

Bu barədə Türkiyə prezidentinin kommunikasiya direktoru Burhanəddin Duran sosial media hesabında paylaşım edib.

O, görüş çərçivəsində iki ölkə arasında münasibətlərin hüquqi əsasını gücləndirəcək müxtəlif sənədlərin imzalanmasının gözlənildiyini bildirib.

Duran həmçinin əlavə edib ki, tərəflər arasında danışıqlarda regional və beynəlxalq hadisələr də müzakirə olunacaq.

İbrahim Cəfərov

 





07.01.2026    çap et  çap et