525.Az

"Alqı-satqı məbləğindən asılı olmayaraq, qəbz alıcıya təqdim edilməlidir" - Rəşad Həsənov


 

"Alqı-satqı məbləğindən asılı olmayaraq, qəbz alıcıya təqdim edilməlidir" - <b style="color:red">Rəşad Həsənov</b>

“Müvafiq qanunvericiliyə görə, bütün pərakəndə satış mərkəzlərində nəzarət-kassa aparatları, POS-terminallar quraşdırılmalıdır. Bu, mütləqdir. Hər bir alqı-satqı məbləğindən asılı olmayaraq, qəbz alıcıya təqdim edilməlidir. "Nağdsız hesablaşmalar" haqqında qanuna əsasən, 15 min manatdan yuxarı bu kateqoriyaya aid bütün növ alqı-satqılar nağdsız qaydada aparılmalıdır. Bunun üçün də POS-terminal xidmətləri ilə təmin olunmalıdır”.

Bunu iqtisadçı ekspert Rəşad Həsənov 525.az-a bildirib.

Onun sözlərinə görə, qeyri-formal dövriyyə istehlakçılarının hüquqlarının pozulmasıdır:

“Nəzarət-kassa aparatları və POS-terminallar vasitəsilə aparılan hesablaşmalarda qəbzin təqdim olunmaması vergi qanunvericiliyinin pozulması sayılır. Bu hal ilk dəfə aşkarlanarsa, 1000, ikinci dəfə 3000, üç və daha çox təkrarlandığında 6000 manat cərimə tətbiq olunur.

Sevinc Qarayeva 

 





07.01.2026    çap et  çap et